Valyuta ehtiyatlarının illik və üç rüblük artması həm də dünya bazarlarında avro-dollar cütlüyünün dəyişməsi ilə əlaqədar olub. Sentyabr ayında ehtiyatların artması isə ilk növbədə məhz avronun dollara qarşı kəskin möhkəmlənməsi nəticəsində baş verib ki, bu səbəbdən ehtiyatların avroda olan hissəsi dollar ekvivalentində bahalaşıb. Xatırladaq ki, sentyabr ayında dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 7,4% yüksəlib.