Bank Of Baku

«Muğan Bank» yeni istiqraz emissiyasına hazırlaşır

«Muğan Bank» yeni istiqraz emissiyasına hazırlaşır
# 04 oktyabr 2010 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Muğan Bank» ASC-nin sənədli adsız istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 50 manat, sayı 600 min ədəd, emissiyanın ümumi həcmi isə 30 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Muğan Bank»ın artıq oktyabr ayında istiqrazların yerləşdirilməsinə başlayacağı gözlənilir.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 171,618 mln. manat, depozit portfeli 75,828 mln. manat, kredit portfeli 117,278 mln. manat, məcmu kapitalı 24,126 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR