Bank Of Baku

Azərbaycanda plastik kartların sayı avqustda azalıb

Azərbaycanda plastik kartların sayı avqustda azalıb
# 04 oktyabr 2010 14:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik kartların sayı 2010-cu ilin sentyabrın 1-nə 4 053 min təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 281 min və ya 7,5%, cari ilin əvvəlindən isə 79 min və ya 2% çoxdur. Eyni zamanda, avqust ayında bu göstərici 101 min və ya 2,4% azalıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, plastik kartlarla əməliyyatların tərkibində əsas yeri debet kartları tutur. Belə ki, 2010-cu ilin yanvar-avqust ayları ərzində debet kartlarla 28 553 min əməliyyat aparılıb, əməliyyatların həcmi 3,437 mlrd. manata bərabər olub. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə əməliyyatların sayı 0,5%, həcmi isə 7,8% artıb. Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 120,4 manata bərabər olub.

Həmin müddət ərzində kredit kartlarla 1 441 min əməliyyat aparılıb, əməliyyatların həcmi 378 mln. manat təşkil edib. Bu göstəricilər ötən ilin yanvar-avqust ayları ilə müqayisədə müvafiq olaraq 14,6% və 11,8% artıb. Kredit kartlar üzrə bir əməliyyatın ortalama həcmi 262,3 manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR