Bank Of Baku

Ben Bernanke: “Dövlət büdcəsinin kəsiri azaldılmasa, ABŞ iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər”

Ben Bernanke: “Dövlət büdcəsinin kəsiri azaldılmasa, ABŞ iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər”
# 05 oktyabr 2010 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. ABŞ hökuməti dövlət büdcəsinin kəsirini azaltmayacağı halda, ölkə iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər.

«APA-Economics»in «Associated Press»a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke bildirib.

B.Bernanke onu da bildirib ki, ABŞ hökuməti vergilərin faiz dərəcələrini qaldırmamalı, büdcə xərclərinin həcmini kəskin azaltmamalıdır: «Buna baxmayaraq, ABŞ dövlət büdcəsində yaranan kəsiri nəzarət altına götürməlidir ki, ölkə iqtisadiyyatında uzunmüddətli perspektivdə problemlər yaranmasın».

Dövlət büdcəsinin kəsirinin aradan qaldırmasına gəldikdə isə, B.Bernanke bu problemi büdcə xərclərinə yanaşmanın bir qədər dəyişilməsində görür ki, bu da əsasən ABŞ-da çox yayılmış həmrəy pensiya sistemidir. Bu sistemə əsasən, pensiya fonduna sosial sığorta vergisi şəklində daxil olan vəsaitlər pensiya hesabında ləngiməyərək təqaüdçülərə aylıq ödənilir.

FES rəhbəri həmçinin sosial müavinətlərin və qocalara göstərilən tibbi təminata ayrılan xərclərin azaldılmasını təklif edib.

Qeyd edək ki, 2009-cu ildə ABŞ-ın dövlət büdcəsinin kəsiri 1,42 trln. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR