Bank Of Baku

«Rabitəbank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Rabitəbank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 05 oktyabr 2010 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC müştərilərə Rusiyanın «Zolotaya Korona» beynəlxalq sürətli pulköçürmə sistemi üzrə xidmət göstərməyə başlayıb.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Zolotaya Korona» sistemi üzrə pulköçürmə əməliyyatlarını «Rabitəbank»ın Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Quba, Qusar, Xaçmaz, Lənkəran, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir və Ağcabədi rayonları daxil olmaqla 20 filial və şöbəsini əhatə edən xidmət məntəqələri vasitəsilə həyata keçirmək mümkündür.
Ümumilikdə, 15 mindən artıq xidmət məntəqəsinə malik olan «Zolotaya Korona» sistemi vasitəsilə Rusiya, digər MDB ölkələri və Çinə dollar, rubl və avro ilə pul köçürmək və ya qəbul etmək mümkündür. Xidmət tariflərinin aşağı olması, köçürmələrin operativliyi və təhlükəsizliyi bu sistemi əhali arasında cəlbedici edir. Belə ki, «Zolotaya Korona» sistemi üzrə pul köçürmələri üçün komisyon haqqı köçürülən məbləğin 1,5%-i səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bununla yanaşı «Rabitəbank» vasitəsilə müştərilər «Western Union», «Bıstraya Poçta», «Blizko», «Caspian Money Transfer» sistemlərilə də pul köçürə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR