Bank Of Baku

Azərbaycan Moldovanın PL/TMM sahəsində fəaliyyətinə dair tərəqqi hesabatı üzrə qiymətləndirici ölkə təyin olunub

Azərbaycan Moldovanın PL/TMM sahəsində fəaliyyətinə dair tərəqqi hesabatı üzrə qiymətləndirici ölkə təyin olunub
# 05 oktyabr 2010 08:07 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə qərar Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) bu ilin 27 sentyabr - 1 oktyabr tarixlərində keçirilən 33-cü plenar iclasında qəbul olunub.

Tədbirdə Azərbaycanı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti təmsil edib. Plenar iclasda MONEYVAL tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin inkişafı ilə bağlı irəli sürülmüş tövsiyələrin icra vəziyyətinə dair 2010-cu ilin may ayında təqdim olunmuş hesabatı müzakirə olunub. Nümayəndə heyəti tərəfindən Azərbaycanın PL/TMM sahəsində son nailiyyətləri, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional inkişaf, monitorinq iştirakçıları tərəfindən müvafiq qanunvericiliyin implementasiyası və digər aidiyyəti məsələlər barədə təqdimatlar edilib.

İclasın keçirildiyi müddətdə Azərbaycan nümayəndə heyəti ilə MONEYVAL-ın Büro üzvləri arasında rəsmi müzakirələr aparılıb. Nəticə olaraq plenar iclasda Azərbaycanın MONEYVAL-ın «xüsusi monitorinq rejimi»nə cəlb edilməsinə ehtiyac olmadığı haqqında qərar qəbul edilib, habelə MONEYVAL-ın Katibliyi tərəfindən ölkəmizin PL/TMM sahəsində qanunvericilik sisteminin inkişaf modelinin digər dövlətlər tərəfindən nümunə kimi qəbul olunması barədə fikir səsləndirilib.

İclasda qəbul edilmiş digər əhəmiyyətli qərar isə Moldovanın PL/TMM sahəsində fəaliyyətinə dair tərəqqi hesabatı üzrə Azərbaycanın qiymətləndirici ölkə təyin edilməsi ilə bağlı olub: “Bu qərar Azərbaycan dövlətinin PL/TMM sisteminin inkişafı istiqamətində gördüyü işlərə, bu sahədə malik olduğumuz əhəmiyyətli potensiala, o cümlədən ixtisaslı mütəxəssislərin mövcudluğuna görə ölkəmizə beynəlxalq təşkilatlar tərəfindən göstərilən yüksək etimadın daha bir bariz nümunəsidir”.

Azərbaycan nümayəndə heyəti MONEYVAL-ın iclasından sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Beynəlxalq Əməkdaşlığın Qiymətləndirilməsi Altqrupu (ICRG) çərçivəsində Avrasiya Qiymətləndirmə Altqrupunun cari ilin 1 oktyabr tarixində keçirilən iclasında da iştirak edib. Bu iclasda FATF/ICRG qiymətləndirmə missiyasının 2010-cu ilin 7-8 sentyabr tarixlərində Azərbaycana səfəri nəticəsində hazırlanan hesabatın müzakirəsi aparılıb.

Qeyd edək ki, Azərbaycanla bağlı hesabatın təqdimatı sentyabrda Azərbaycana səfər edən missiyanın rəhbəri və MONEYVAL-ın Katibliyinin rəhbəri tərəfindən edilib. Aparılan müzakirələrə əsasən sözügedən hesabat müsbət qiymətləndirilərək qəbul edilib və hesabatın ICRG-yə təqdim edilməsi qərara alınıb. Mövcud proseduralara əsasən Azərbaycanın FATF-ın siyahısından tam çıxarılması üçün ölkənin hesabatı ERG tərəfindən qəbul edildikdən sonra ICRG tərəfindən də müzakirə olunmalı və FATF-ın plenar iclasına təklif irəli sürülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR