Bank Of Baku

«Bank of Baku» müəllimlər üçün güzəştli kredit kampaniyası keçirir

«Bank of Baku» müəllimlər üçün güzəştli kredit kampaniyası keçirir
# 05 oktyabr 2010 09:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 5 oktyabr – Beynəlxalq müəllimlər günü ilə əlaqədar «Bizim dəyərli müəllimlərimizə!» şüarı altında yeni kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 5-31 oktyabr tarixlərində keçiriləcək yeni kampaniyanın şərtlərinə əsasən, bankın «Nağd pul» kredit məhsulundan faydalanan müəllim-müştərilər üçün bu aksiyada faiz dərəcələrində 2% endirim nəzərdə tutulub. Təklif olunan kreditin maksimal müddəti 24 ay, maksimal məbləği yeni müştərilər üçün 4 min ABŞ dolları, təkrar müştərilər üçün isə 4,5 min dollar təşkil edir. Qeyd edək ki, kreditin məbləği 1,5 min dollardan artıq olarsa, zaminlik tələb olunur.

Qeyd edək ki, kampaniyanın şərtlərindən yalnız bankın filialları ilə təmsil olunduğu regionlarda qeydiyyatda olan təhsil işçiləri faydalana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR