Bank Of Baku

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdiriləcək daha 4 investisiya layihəsi seçilib

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdiriləcək daha 4 investisiya layihəsi seçilib
# 05 oktyabr 2010 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) güzəştli qaydada maliyyələşdiriləcək müasir standartlara cavab verən kiçik və orta həcmli meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə seçilmiş investisiya layihələrini elan edib.

«APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, cari ilin iyul ayının 20-də sözügedən layihələrlə bağlı təkliflərin qəbuluna start verilib və sentyabrın 20-dək sahibkarlıq subyektləri tərəfindən SKMF-a 8 təklif daxil olub: «Təqdim olunmuş 8 investisiya layihəsinin ümumi dəyəri 9 mln. manat, kreditə olan tələbat isə 5,2 mln. manat təşkil edib».

Ş.Abdullayevin sözlərinə görə, aparılan təhlillər nəticəsində 8 investisiya layihəsindən 4-nün maliyyələşdirilməsinə müsbət rəy verilib. Onlardan 2-i Quba-Xaçmaz iqtisadi rayonu, 1-i Şəki-Zaqatala iqtisadi rayonu, 1-i isə Aran iqtisadi rayonu üzrə seçilib: «Seçilən laiyhələrin ümumi investisiya tələbatı 4,9 mln. manatdır ki, layihələrin reallaşmasına 2,8 mln. manat güzəştli kreditin ayrılması nəzərdə tutulur. Layihələrin icrası nəticəsində 1 ton quru meyvə, 1,2 min ton mürəbbə, 4 min ton cem və 2,4 min ton alma konsentratı istehsalı mümkün olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR