Bank Of Baku

Azərbaycanda qeyri-bank kredit təşkilatlarının minimal nizamnamə kapitalı üçün tələbnamələr müəyyənləşdirilib

Azərbaycanda qeyri-bank kredit təşkilatlarının minimal nizamnamə kapitalı üçün tələbnamələr müəyyənləşdirilib
# 05 oktyabr 2010 10:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, «Qeyri-bank kredit təşkilatları haqqında» qanuna əsasən, humanitar tipli təşkilatlar üçün minimal nizamnamə kapitalı 30 min manat, kommersiya fəaliyyəti göstərən təşkilatlar üçün isə 300 min manat məbləğində müəyyənləşdirilib.

R.Orucov bildirib ki, ölkədə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları nizamnamə kapitalının artırılması ilə bağlı hələ AMB-yə rəsmi müraciət etməyib, çünki bu qaydalar yeni qüvvəyə minib. «Ümumiyyətlə, sözügedən qanun qüvvəyə mindikdən sonra indiyədək Mərkəzi Bank tərəfindən heç bir yeni təşkilata lisenziya verilməyib. Həmin təşkilatlar nizamnamə kapitalının artırılması ilə bağlı rəsmi müraciətlərə indi hazırlaşırlar», - deyə R.Orucov bildirib.

Qeyd edək ki, 2010-cu il iyul ayının 1-nə Azərbaycanda 100 qeyri-bank kredit təşkilatı fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR