Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunda problemli kreditlərin həcmində artım yoxdur

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunda problemli kreditlərin həcmində artım yoxdur
# 05 oktyabr 2010 11:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, cari ilin ilk yarısında bu sahədəki vəziyyət tam sabitləşib: «Əksinə, mövcud olan problemlərin həlli istiqamətində işlər görülür və həmin kreditlərin geri qaytarılması sahəsində artıq bankların müsbət nəticələri də var. Cari ilin sonuna kimi daha yaxşı nəticələr gözlənilir».

R.Orucov həmçinin qeyd edib ki, ölkədə fəaliyyət göstərən bakların xaricdən vəsait cəlb etməsində ciddi problemlər yoxdur: «Sadəcə, bankların özündə likvidlik səviyyəsi yüksəkdir. Bu səbəbdən banklar xaricdən vəsaitin cəlb edilməsində aktivlik göstərmir. Ehtiyac olduğu halda xaricdən vəsaitin cəlb edilməsinə və ya yenidən maliyyələşmə üçün imkanlar var».

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2010-cu il sentyabr ayının 1-nə 423,7 mln. manat təşkil edib və bu, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. AMB-nin rəsmi məlumatlarına əsasən, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi isə son bir ildə 1,2 faiz bəndi artaraq 4,8%-ə çatıb.

Xatırladaq ki, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi bu ilin iyul ayının 1-i vəziyyətinə 5-illik maksimuma çatıb və hazırda həmin səviyyənin hətta 0,2 faiz bəndi üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR