Bank Of Baku

Gələn il Azərbaycanda məhkəmə, prokurorluq və hüquq-mühafizə orqanlarının saxlanılmasına 713,8 milyon manat ayrılacaq

Gələn il Azərbaycanda məhkəmə, prokurorluq və hüquq-mühafizə orqanlarının saxlanılmasına 713,8 milyon manat ayrılacaq
# 05 oktyabr 2010 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan 2011-ci ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanlarının saxlanılması üçün nəzərdə tutulan xərclərini 0,9% artıracaq. APA-nın məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Hökumətin təqdim etdiyi layihədə ümumilikdə məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanları xərcləri 713 837,8 min manat nəzərdə tutulub. Bunun 43 mln. manatı məhkəmələrin, 48 mln. manatı prokurorluq orqanlarının, qalan 622 milyon 385 min manatı isə hüquq-mühafizə orqanlarının (polis, Daxili Qoşunlar, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Feldyeger Xidməti və s.) saxlanılmasına yönəldiləcək.

Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanlarının saxlanılması xərcləri 707,4 mln. manat təsdiqlənib.

Azərbaycanın ümumilikdə 2011-ci il üçün büdcəsinin gəlirləri 12 061 mln.manat (artım 4,8%), xərcləri isə 12 748 mln. manat (3,5% artım) proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR