Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Qeyri-bank kredit təşkilatlarının aktivləri qənaətbəxş səviyyədə deyil

Azərbaycan Mərkəzi Bankı: Qeyri-bank kredit təşkilatlarının aktivləri qənaətbəxş səviyyədə deyil
# 05 oktyabr 2010 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının aktivləri hazırda qənaətbəxş səviyyədə deyil. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən 18 qeyri-bank kredit təşkilatının ümumi aktivlərinin həcmi 176 mln. manat təşkil edir ki, bu da bank sektoru ilə müqayisədə olduqca azdır: «Bunun da müxtəlif obyektiv səbəbləri var. Belə ki, bu təşkilatlar indiyədək humanitar xarakterli fəaliyyət göstərib».

R.Orucov bildirib ki, cari ilin fevral ayının 8-də «Qeyri-bank kredit təşkilatları haqqında» qanunun qəbulundan sonra AMB tərəfindən hazırlanmış qanunaltı aktlar qüvvəyə minib: «Ümid edirik ki, bu qanunun qəbulundan sonra bu sahə inkişaf edəcək və bunun üçün Azərbaycanda kifayət qədər potensial mövcuddur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR