Bank Of Baku

Azərbaycanda kredit ittifaqlarının Mikromaliyyə Assosiasiyasına üzv olması təklifi irəli sürülüb

Azərbaycanda kredit ittifaqlarının Mikromaliyyə Assosiasiyasına üzv olması təklifi irəli sürülüb
# 05 oktyabr 2010 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMA) üzv olmalıdır. «APA-Economics»in məlumatına görə, bu təkliflə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib.

M.Musayevin sözlərinə görə, kredit ittifaqları AMA-ya üzv olarsa, rayon yerləri ilə yanaşı kənd yerləri üzrə kreditləşmənin coğrafiyası daha da genişlənər.

Təkliflə bağlı «APA-Economics»ə münasibət bildirən Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırov qeyd edib ki, kredit ittifaqlarının AMA-ya üzvlüyü təşəbbüsü məqsədəuyğun deyil: «Çünki bu təşkilatların fəaliyyəti başqa sahələri əhatə edir. Əgər kredit ittifaqları AMA-ya üzv olarsa, həmin ittifaqların kreditləşmə layihələri hansı resurslar hesabına həyata keçiriləcək? Məlumat üçün bildirim ki, AMA-nın üzvləri sırasına «Aqro-İnvest» mikromaliyyə təşkilatı var və ona Azərbaycan Mərkəzi Bankı tərəfindən mikromaliyyə xidmətlərinin göstərilməsi üçün deyil, kredit ittifaqı kimi lisenziya verilib. Bu səbəbdən həmin təşkilatın AMA-ya üzv olması düzgün hesab deyil».

E.Bağırov AKİA-nın 2009-cu ilin mart ayında Ümumdünya Kredit İttifaqları Şurasına (WOCCU - World Council of Credit Unions) üzv olduğunu, bundan başqa, AKİA-nın Dünya Bankının 18 mln. dollarlıq «Kənd kreditləşməsi Layihəsi»ndə iştirak etdiyini xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR