Bank Of Baku

«DəmirBank» əhaliyə yeni kredit məhsullarını təqdim edib

«DəmirBank» əhaliyə yeni kredit məhsullarını təqdim edib
# 05 oktyabr 2010 14:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC 5 oktyabr - Beynəlxalq müəllimlər günü münasibəti ilə dövlət təhsil və səhiyyə sahəsində çalışanlar üçün, eləcə də təhsil haqqının ödənişi üçün əhaliyə yeni kredit məhsulları təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kreditlərin şərtlərinə əsasən, müştərilər 5 min manata qədər 24 ay müddətinədək kredit əldə edə bilər. Təhsil haqqının ödənişi məqsədi ilə alınan kreditin müddəti 1 il, ilkin ödəniş 20%, müddəti 12 ay, məbləği isə 500-30 000 manat ola bilər.

Qeyd edək ki, «DəmirBank» ASC (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR