Bank Of Baku

«MDB ölkələrinin bankları-1000. 2009-cu ilin yekunları» adlı məcmuə hazırlanır

«MDB ölkələrinin bankları-1000. 2009-cu ilin yekunları» adlı məcmuə hazırlanır
# 05 oktyabr 2010 15:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. MDB-nin Maliyyə-Bank Şurası və «İnterfaks» Qrupu tərəfindən «MDB ölkələrinin bankları-1000. 2009-cu ilin yekunları» adlı məcmuə dərc olunur. «APA-Economics»in məlumatına görə, məcmuədə MDB ölkələrinin bank sistemlərinə dair məlumatlar toplanılıb.

Məcmuə Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri, Şuranın birinci vitse-prezidenti Cahangir Hacıyevin «İqtisadi sahədə Azərbaycan artıq keçid dövrünü başa vurub və inkişafın yeni mərhələsinə daxil olub» adlı müsahibəsi ilə balayır. Müsahibədə Azərbaycandakı maliyyə vəziyyəti barədə ətraflı məlumat verilir.

Məcmuədə MDB ölkələrində fəaliyyət göstərən bankların əlifba sırası ilə siyahısı, onların 2009-cu ildəki fəaliyyətinin yekunları (aktivləri 100 mln. dollardan artıq olan banklar üzrə) təqdim olunur. Həmçinin, ölkələrin bank sistemlərinin qısa xarakteristikası əksini tapıb.

Bank göstəricilərindən başqa məcmuədə MDB ölkələrinin 2009-cu il üzrə əsas sosial-iqtisadi göstəricilərinə həsr olunmuş xüsusi bölmə də var.

«Yekun» bölmədə isə MDB-nin Dövlətlərarası Statistika Komitəsi, MDB-nin İcraiyyə Komitəsi, «İnterfaks» Qrupu və MDB-nin Maliyyə-Bank Şurası tərəfindən təqdim edilmiş analitik materiallar yerləşdirilib.

«MDB ölkələrinin bankları-1000. 2009-cu ilin yekunları» məcmuəsinin ilk oxucuları 2010-cu il oktyabr ayının 20-23-də keçiriləcək «Maliyyə institutları – MDB üzvü olan dövlətlərin iqtisadiyyatının struktur modernləşməsinin əsası» adlı III Bakı Beynəlxalq Konfransının iştirakçıları olacaqlar.

Qeyd edək ki, APA İnformasiya Agentliyi Bakıda keçiriləcək beynəlxalq konfransın rəsmi media-sponsoru seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR