Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər sentyabrda azalıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər sentyabrda azalıb
# 06 oktyabr 2010 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu il sentyabr ayında 5,971 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin avqust ayı ilə müqayisədə bu göstərici 853 mln. manat və ya 12,5% azalıb.

Qeyd edək ki, ödənişlərin sayında da azalma baş verib. Belə ki, 2010-cu il avqust ayında 30 min ödəniş aparılmışdırsa, sentyabr ayında bu göstərici 29 minə bərabər olub.

Ümumilikdə, sentyabr ayında ödənişlərin həcmində kiçilmə müşahidə olunub ki, avqust ayı ərzində bir ödənişin ortalama həcmi 227,5 min manata bərabər olduğu halda, sentyabrda bu göstərici 9,5% azalaraq 205,9 min manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR