Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər sentyabrda azalıb

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər sentyabrda azalıb
# 06 oktyabr 2010 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərinin həcmi 2010-cu il sentyabr ayında 562 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, avqust ayı ilə müqayisədə bu göstərici 19 mln. manat və ya 3,3% azalıb.

Qeyd edək ki, XÖHKS sistemi ilə aparılan ödənişlərin sayında da sentyabrda azalma baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 2,9% azalaraq 681 minə çatıb.

Ümumilkdə, sentyabr ayında bir xırda ödənişin ortalama həcmi 825,3 manat təşkil edib ki, bu da avqust göstəricisindən (828,8 manat) 0,4% azdır. Beləliklə, ödənişlərin sayı və ümumi həcminin azalması ilə paralel olaraq ortalama həcmdə də azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR