Bank Of Baku

Sumqayıtın nümayəndə heyəti Mogilyovda keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək

Sumqayıtın nümayəndə heyəti Mogilyovda keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək
# 06 oktyabr 2010 08:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sumqayıt şəhərinin nümayəndə heyəti oktyabrın 7-də Belarusun Mogilyov şəhərində keçiriləcək “Mogilyov vilayəti - investisiya yatırımları üçün yeni üfüqlər” mövzusunda V Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Rusiya və xarici ölkə banklarının, biznes təşkilatlarının, regional və respublika idarəetmə orqanlarının, xarici dövlətlərin ticarət-sənaye palatalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək forumda yeyinti sənayesi, alternativ energetika və digər mövzular müzakirə ediləcək.

Eyni zamanda səfər çərçivəsində tərəflər arasında əldə olunmuş razılığa əsasən Mogilyovun mərkəzi məhəllələrindən birində - Sovetski meydanının yaxınlığında Sumqayıt şəhərini xarakterizə edən elementlərdən ibarət istirahət-əyləncə guşəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Əraziyə baxış keçiriləcək, layihələndirmə işləri üçün ilkin iş aparılacaq. Artıq bu məqsədlə Sumqayıtın baş rəssamı Vaqif Nəzirov tərəfindən meydançanın ilkin eskizi hazırlanıb. Eskizdə Xəzər dənizini, şəhərin sənaye potensialını, eləcə də Sumqayıtın rəmzi olan “Sülh göyərçini” abidəsini təmsil edən müxtəlif elementlər öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR