Bank Of Baku

Bir sıra xarici banklar Azərbaycan lizinq bazarına investisiyalar yatırmaqda maraqlıdır - FOTO

Bir sıra xarici banklar Azərbaycan lizinq bazarına investisiyalar yatırmaqda maraqlıdır - <font color=red>FOTO</font>
# 06 oktyabr 2010 09:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Moskvada «IC Energy» şirkəti tərəfindən keçirilən «Rusiya və MDB-də lizinq» beynəlxalq konfransı işini başa çatdırıb. Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasından (ALŞA) «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edən konfransda MDB ölkələrinin lizinq assosiasiyalarının rəhbərləri, MDB və Avropa dövlətlərinin aparıcı lizinq şirkətlərinin, yerli və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər. Azərbaycanı Tədbirdə ALŞA-nın sədri, «Joint Leasing» şirkətinin baş direktoru Elçin Əhmədov təmsil edib və o, Azərbaycanda lizinqin inkişaf perspektivləri barədə ətraflı mühazirə ilə çıxış edib.

E.Əhmədovun verdiyi məlumata görə, bir sıra iri xarici, o cümlədən Rusiya bankları Azərbaycanın lizinq bazarında fəaliyyətin genişləndirilməsi və bu sahəyə investisiyaların yatırılmasına ciddi maraq göstərir: «Bu iri banklar həmçinin lizinq sahəsinin fəal iştirakçılarıdır və inkişaf perspektivlərindən və mövcud şəraitdən asılı olaraq, Azərbaycanın lizinq bazarında iştirak etmək imkanlarını nəzərdən keçirir».

Konfrans çərçivəsində tədbir iştirakçıları maliyyə böhranının lizinq sektoruna təsiri şəraitində lizinqin inkişaf perspektivləri, dövlətin və biznesin qarşılıqlı əlaqəsi kimi aktual məsələləri müzakirə ediblər. Eyni zamanda lizinqin iştirakçıları arasında yeni münasibətlərin qurulması imkanları, bazarın strukturunun dəyişdirilməsi və dayanıqlı inkişafın təminatı məsələləri tədbirin proqramına daxil edilib.

Konfransın işi ərzində E.Əhmədov və Rusiya, Özbəkistan, Belarus, Ukrayna lizinq assosiasiyalarının rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşləri keçirilib. Görüşlərdə gələcəkdə daha sıx əlaqələrin yaradılması barədə razılıq əldə edilib.

E.Əhmədovun sözlərinə görə, təcrübə mübadiləsi, əlaqələrin qurulması və lizinq bazarı haqqında qarşılıqlı məlumatlandırma baxımından konfrans mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR