Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinə yeni sədr seçilib

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinə yeni sədr seçilib
# 06 oktyabr 2010 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) İdarə Heyətinin növbədən kənar iclasında qurumun yeni tərkibi formalaşıb. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, iclasda İdarə Heyətinin qərarı ilə Süleyman Kələşov («Aqrarkredit» qeyri-bank kredit təşkilatı İdarə Heyətinin üzvü) AMA-nın İdarə Heyətinin sədri seçilib.

H.Hacıyeva bildirib ki, İdarə Heyətinin üzvləri sırasında dəyişiklik olmayıb. Belə ki, hazırda İdarə Heyətinin üzvləri Rüfət İsmayılov («Accesbank»), Eldar Cəfərov («CredAgro» qeyri-bank kredit təşkilatı), Cəlal Əliyev («İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı) və Samir Cəfərlidir («Azərkredit» qeyri-bank kredit təşkilatı).

Qeyd edək ki, S.Kələşovdan əvvəl bu vəzifəni «Finca-Azerbaijan» qeyri-bank kredit təşkilatının direktor müavini vəzifəsində çalışmış Kamran Abdullayev icra edib. S.Kələşovun sədr vəzifənə təyinatı K.Abdullayevin işlə əlaqədar Kanadaya köçməsi ilə əlaqədar olub.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 18 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR