Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi gələn il 12% artırılacaq

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi gələn il 12% artırılacaq
# 06 oktyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il üçün büdcə layihəsinə əsasən, Fondun gəlir və xərcləri 1 970,540 mln. manat həcmində nəzərdə tutulub. Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, DSMF-nin gəlirlərinin 1 277,040 mln. manatı məcburi dövlət sosial sığorta haqları, 691 mln. manatı dövlət büdcəsindən ayırmalar, 2,5 mln. manatı isə sair gəlirlər hesabına formalaşacaq.

Fondun xərclərinin strukturunda 1 917,680 mln. manatın və ya 97,3%-in əhaliyə ödənişlər, o cümlədən 1 853,130 mln. manatın əmək pensiyalarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, DSMF-nin 2010-cu il üçün büdcəsi 1 757,216 mln. manat məbləğində təsdiq edilib. Beləliklə, gələn il Fondun büdcəsinin 12,1% genişləndirilməsi nəzərdə tutulur.

DSMF-nin 2011-ci il üçün büdcəsinin layihəsi Azərbaycanın 2011-ci il dövlət büdcəsi zərfində parlamentə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR