Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu 3,440 mlrd. dolları ötüb

Azərbaycanın xarici dövlət borcu 3,440 mlrd. dolları ötüb
# 06 oktyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2010-cu il iyul ayının 1-i vəziyyətinə beynəlxalq maliyyə-kredit və digər kreditor təşkilatlarla 8 154,7 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalayıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 3 440,3 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, istifadə edlmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 8 %-i, adambaşına düşən xarici dövlət borcu 381,9 dollarıdır.

Xarici borcun 32,5%-i ABŞ dolları, 26,3%-i avro, 24,8%-i SDR, 12,1%-i yapon yeni, 1,7%-i İslam dinarı, 0,8%-i İsveçrə frankı, 0,8%-i Səudiyyə rialı, 0,7%-i Küveyt dinarı, 0,3%-i isə Əmirlik dirhəmi ilə alınıb.

Kreditlərin 47,22%-i sabit dərəcə, 51,11%-i dəyişkən dərəcə ilə, 1,67%-i isə Beynəlxalq Valyuta Fondundan alınıb.

Müqavilələrə əsasən, xarici dövlət borcunun 0,7%-i 5 ilədək, 4,6%-i 5-10 il, 51,3%-i 10-20 il, 43,4 %-i isə 20 ildən yuxarı müddətlərdə qaytarılmalıdır. Operativ məlumatlara görə, 2010-cu ilin ilk yarısında kredit vəsaitlərinin 248 mln. dolları istifadə olunub. Bu vəsaitlər əsasən investisiya yönümlü sahələrə, o cümlədən elektrik stansiyaları, yollar, kanalizasiya sisteminin tikintisi, su təchizatı, irriqasiya və drenaj işləri və s. işlərə xərclənib.

Ümumilikdə, 2010-cu ilin ilk yarısında ödəniş vaxtı çatmış xarici kreditlər vaxtında qaytarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR