Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin kəsiri bu il 2,4 dəfə artacaq

Azərbaycan dövlət büdcəsinin kəsiri bu il 2,4 dəfə artacaq
# 06 oktyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu il dövlət büdcəsinin kəsiri 425,9 mln. manat həcmində proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, gözlənilən kəsirin 55 mln. manatı və ya 13%-i dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait, 230,9 mln. manatı və ya 54,2%-i daxili və xarici borclanma, 140 mln. manatı və ya 32,8%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları hesabına maliyyələşdirməsi planlaşdırılır.

Qeyd edək ki, proqnozlaşdırılan büdcə kəsiri bu ilin iyul ayında büdcəyə edilən son dəyişikliklərə əsasən proqnozlaşdırılan kəsirdən 52,8 mln. manat və ya 11% azdır, ötən ilin yekununda yaranmış faktiki büdcə kəsirindən isə 2,4 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR