Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin vergi daxilolmaları gələn il azalacaq

Azərbaycan dövlət büdcəsinin vergi daxilolmaları gələn il azalacaq
# 06 oktyabr 2010 11:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 45%-i vergi daxilolmaları hesabına formalaşacaq. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, gələn il üçün 12,061 mlrd. manat həcmində proqnozlaşdırılan büdcə gəlirlərinin 5,425 mln. manatı vergilərin payına düşür. Beləliklə, gələn il 2010-cu ildə gözlənilən göstərici ilə müqayisədə büdcə gəlirləri 4,8% çox, vergilərdən daxilolmalar 0,8% az, vergilərin gəlirlərdə payı 2,5 faiz bəndi az olacaq.

Eyni zamanda, gələn il 2009-cu illə müqayisədə büdcə gəlirlərinin 16,8%, vergi daxilolmalarının 5,8% çox, vergilərin gəlirlərdə payının isə 4,7 faiz bəndi az olacağı gözlənilir.

Gələn il vergi daxilolmalarında əsas yeri mal və xidmətlərə görə vergilərin tutacağı proqnozlaşdırılır. Belə ki, bu vergilər üzrə daxilolmalar 2011-ci il üçün 2 875,6 mln. manat həcmində nəzərdə tutulub ki, bu da cari ildə gözləniləndən 5%, ötən illə müqayisədə isə 6,3% çoxdur. İri vergi mənbəyi olan əlavə dəyər vergisi üzrə daxilolmalar 2 121,6 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da cari ildə gözləniləndən 10,2%, ötən illə müqayisədə isə 5,4% çoxdur. Gəlirlər və mənfəətdən vergilərdən daxilolmalar 1,9 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2010-cu ildə gözləniləndən 9,4%, ötən illə müqayisədə isə 0,6% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR