Bank Of Baku

«DəmirBank» fəaliyyətinin 21 illiyini qeyd edir

«DəmirBank» fəaliyyətinin 21 illiyini qeyd edir
# 06 oktyabr 2010 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanın «DəmirBank» ASC fəaliyyətinin 21 illiyini qeyd edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 1989-cu ilin oktyabr ayının 6-da fəaliyyətə başlayan, bu günədək böyük inkişaf yolu keçən və bir çox mühüm nailiyyətlər əldə edən «DəmirBank» hazırda ölkənin aparıcı banklarından biridir.

Müstəqil Azərbaycanın ilk illərində bir çox çətinlikləri geridə qoyaraq, sonrakı illərdə ölkədə yaranan sabitlik və iqtisadi inkişaf şəraitində “DəmirBank” fəaliyyətini genişləndirərək on minlərlə müştəriyə ən geniş çeşiddə xidmətlər göstərən universal bir banka çevrilib.

Bankın tarixi nailiyyətləri sırasında beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankının 2005-ci ildən “25%+1 səhm” paketi ilə, 2007-ci ildən isə 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkətinin bankın səhmdarları sırasına daxil olmasını qeyd etmək olar.

Bundan başqa, 2004-cü ildə «DəmirBank» ölkənin özəl bankları sırasında ilk dəfə olaraq beynəlxalq reytinq alıb. Bank hazırda «Fitch Ratings» agentliyinin «stabil» proqnozu ilə «B-» və «Planet Rating» agentliyinin «pozitiv» proqnozu ilə «B+» reytinqinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinqlər üzrə proqnoz isə bankın gələcəkdə uğurlu inkişafını əks etdirir.

Qeyd edək ki, «DəmirBank» ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda 29 filialı fəaliyyət göstərir ki, bunlardan 13-ü Bakı şəhərində, 16-sı isə ölkənin digər regionlarında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR