Bank Of Baku

Bakıda keçirilən mikromaliyyə konfransı başa çatıb

Bakıda keçirilən mikromaliyyə konfransı başa çatıb
# 06 oktyabr 2010 13:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda keçirilən V Azərbaycan Mikromaliyyə Konfransının bu gün işini yekunlaşdırıb. Bugünki iclasda «Kənd təsərrüfatı üzrə mikrosığorta: dünya təcrübəsi və perspektivlər», həmçinin «Kredit bürolarının kredit bazarlarında rolu» mövzuları müzakirə edilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov aşağı gəlirli əhali üçün nəzərdə tutulan kənd təsərrüfatı üzrə mikrosığortanın əhəmiyyətindən danışıb: «Təbii fəlakətlər nəticəsində əkin sahələrinin məhv olması və ya heyvanların tələf olması ilə müşahidə oluna bilən itkilərin qarşısının alınması baxımından mikrosığorta bu şəxslər üçün fürsət yaradır».

N.Xəlilov daha sonra dünya təcrübəsinə əsaslanan uğurlu mikrosığorta strategiyalarının həyata keçirilməsi məsələləri barədə geniş məlumat verib.

Tədbirdə AMA-nın tədqiqat üzrə meneceri İlkin Nəzərov «Məsuliyyətli mikromaliyyə: Azərbaycan timsalında maliyyə savadlılığı və müştəri müdafiəsi» mövzusu üzrə geniş təqdimatla çıxış edib. Təqdimatda Dünya Bankı və İsveçrə İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən «Maliyyə savadlılığı» və «Müştərilərin müdafiəsi»nə dair keçirilən sorğunun nəticələri, eləcə də qabaqcıl dünya təcrübəsi müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Mirkomaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə «Azərbaycanda məsuliyyətli mirkomaliyyə» mövzusunda keçirilən V Azərbaycan Mikromaliyyə Konfransı dünən başlayıb. Konfransda 20-yə yaxın xarici investor təşkilatının, o cümlədən mikromaliyyə təşkilatlarında proqram təminatı üzrə texniki xidmət göstərən şirkətlər, həmçinin kredit-skorinq üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR