Bank Of Baku

«MBASK» şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib

«MBASK» şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib
# 06 oktyabr 2010 13:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti «ZAZ Sens» avtomobilinin sığortaçısına 8,9 min manat məbləğində iri sığorta ödənişi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən «MBASK» sığorta şirkəti müştərilərinə 2,360 mln. manatdan artıq məbləğdə ödəniş həyata keçirib ki, bunun da 1,607 mln. manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd edək ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində «MBASK» şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq «MBASK» şirkəti korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı özəl müştərilərə VİP xidmətləri də göstərir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) daxildir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR