Bank Of Baku

Azərbaycan gələn il dövlət büdcəsindən sosialyönümlü xərcləri 9% artıracaq

Azərbaycan gələn il dövlət büdcəsindən sosialyönümlü xərcləri 9% artıracaq
# 06 oktyabr 2010 13:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsində sosial yönümlü xərclərin ümumi həcmi 4 233,46 mln. manat nəzərdə tutulub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2010-cu illə müqayisədə 341,8 mln. manat və ya 8,8% artıqdır. Gələn ilki büdcənin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 33,3% nəzərdə tutulub ki, bu da 2010-cu illə müqayisədə 1,6 faiz bəndi çoxdur.

Əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 2010-cu ildə büdcə təşkilatlarında çalışanların maaşlarının, pensiyaların baza hissəsinin, müxtəlif təbqələrə verilən müavinət və pensiyalar, eləcə də təqaüdlərin artırılması hesabına 2011-ci ilin dövlət büdcəsində 400 mln. manatadək vəsait nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR