Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin gəlirlər proqnozunun icrası 96%-ə çatdırılıb

Azərbaycan dövlət büdcəsinin gəlirlər proqnozunun icrası 96%-ə çatdırılıb
# 06 oktyabr 2010 14:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin mədaxil proqnozu 6 998,7 mln. manata qarşı 6 708,9 manat və ya 95,9% icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 169,8 mln. manat və ya 2,6% çoxdur. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.

Büdcə daxilolmalarının 41,4%-i Vergilər Nazirliyi, 9,4%-i Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, 49%-i Dövlət Neft Fondundan, 0,2%-i isə sair mənbələrdən daxil olub. Vergilər Nazirliyi mədaxil proqnozunu 100,5%, Dövlət Gömrük Komitəsi 100,2% səviyyəsində icra edib.

Həmin müddət ərzində dövlət büdcəsinin xərcləri 7 111 mln. manat proqnoza qarşı 6 044,5 mln. manat və ya 85% icra olunub. Qeyd edək ki, büdcə xərclərinin 30,8%-i sosial yönümlü tədbirlərin maliyyələşdirilməsinə sərf edilib.

Büdcə xərclərinin strukturunda əsas xərc bölmələri üzrə büdcənin icrasında geriləmə müşahidə olunub. Belə ki, sənaye, tikinti və faydalı qazıntılar üzrə xərclərin icrası 1 899,9 mln. manat və ya proqnozdan 82,3%, təhsil üzrə 715,8 mln. manat və ya 87,5%, ümumi dövlət xidmətləri üzrə 494,6 mln. manat və ya 78,3%, müdafiə üzrə 467,8 mln. manat və ya 90,6%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə 376,6 mln. manat və ya 83,2% təşkil edib. Büdcə xərcləri arasında proqnozun tam yerinə yetirilməsinə yaxın yalnız sosial müdafiə və sosial təminat xərcləri olub ki, burada icra 807,7 mln. manat və ya proqnozdan 98,6%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR