Bank Of Baku

Azərbaycan gələn il büdcədən əsaslı xərcləri 7% artıracaq

Azərbaycan gələn il büdcədən əsaslı xərcləri 7% artıracaq
# 06 oktyabr 2010 14:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsində əsaslı xərclər 5 358,4 mln. manat həcmində nəzərdə tutulub. Bu, 2010-cu ilə nisbətən 357 mln. manat və ya 7,1% çoxdur. Gələn ilki dövlət büdcəsində əsaslı xərclərin xüsusi çəkisi 1,3 faiz bəndi artaraq 42%-ə çatacaq.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əsaslı xərclərin böyük hissəsi - 3 380 mln. manatı dövlət investisiya xərcləri olmaqla dövlət investisiya proqramında nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq.

Dövlət investisiya xərcləri ilk növbədə 2011-ci ildə tamamlanması nəzərdə tutulan sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər infrastrukturların, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulması və bərpasına, əsas vəsaitlərin alınmasına, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirlər üzrə əsaslı işlərin görülməsinə xərclənəcək.

Əsaslı xərclərin 1 087 mln. manatı xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərə, 891,4 mln. manatı isə sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulması və əsaslı təmiri, qeyri maliyyə aktivlərinin - əsas vəsaitlər, bina və tikililər, yaşayış və qeyri-yaşayış binalarının alınmasına yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR