Bank Of Baku

«Accessbank» yeni regional filial açmağa hazırlaşır

«Accessbank» yeni regional filial açmağa hazırlaşır
# 06 oktyabr 2010 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin sonuna kimi «Accessbank» QSC-nin İmişli rayonunda filialı fəaliyyətə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Marketinq Departamentinin direktoru Aleksandr Pekşev bildirib.

A.Pekşevin sözlərinə görə, filial strategiyasına uyğun olaraq, bank növbəti illərdə filiallarını ancaq respublikanın regionlarında açmağı planlaşdırır: «Bankın Bakıda kifayət qədər filialı mövcuddur. Məqsədimiz ölkənin bütün rayonlarını əhatə etməkdir».

Qeyd edək ki, İmişli filialı açılandan sonra bankın filiallarının ümumi sayı 26-ya çatacaq.

A.Pekşev əlavə edib ki, bank yaxın günlərdə «Zolotaya Korona» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayacaq və bu ilin noyabr ayının sonunadək bu sistem bankın bütün filiallarında tətbiq olunacaq.

Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR