Bank Of Baku

Azərbaycanda akkreditiv əməliyyatları 65% artıb

Azərbaycanda akkreditiv əməliyyatları 65% artıb
# 07 oktyabr 2010 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən aparılan akkreditiv əməliyyatlarının ümumi həcmi 2010-cu il sentyabr ayının 1-nə 394,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,3%, cari ilin əvvəlindən isə 38,6% artıb.

Akkreditiv bir bankın digər banka və ya banklara müştərinin ödənişlərinin aparılması barədə tapşırıqdır. Bu halda müştərinin bankı onun kontragenti olan banklar qarşısında zamin kimi çıxış edir. Bank öz növbəsində müştəriyə onun hesab qalığı çərçivəsində və ya bu həddən daha artıq miqdarda olarsa akkreditiv krediti aça bilər. İkinci halda bank müştəriyə artıq faktiki və ya şərti adlanan kredit verir. Kreditin şərti olması akkreditiv tapşırığı istiqamətlənən bankla müxbir münasibətləri olduğu halda baş verir.

Akkreditiv əməliyyatları əsasən ticarət, o cümlədən xarici ticarətdə fəal istifadə olunur ki, bu da əməliyyatları nəzərə çarpan dərəcədə asanlaşdırır və nağd hesablaşmaları bu prosesdən kənarlaşdırır.

Qeyd edək ki, cari ilin sentyabrın 1-nə akkreditiv əməliyyatların Azərbaycanda fəaliyyət göstərən bankların ümumi kredit portfelində xüsusi şəkisi 4,5% təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin sentyabrın 1-də 3,1%-ə, cari ilin əvvəlində isə 3,4%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR