Bank Of Baku

«İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı bu il kredit portfelini 15% artıracaq

«İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı bu il kredit portfelini 15% artıracaq
# 07 oktyabr 2010 07:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatının kredit portfeli 2010-cu ilin sonuna 7,5 mln. manata çatacağı gözlənilir ki, bu da 2009-cu ilin yekunu ilə müqayisədə 15% çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib.

C.Əliyevin sözlərinə görə, ötən il oktyabr ayının 1-i ilə müqayisədə təşkilatın kredit portfeli 12% artaraq bu ilin oktyabrın 1-nə 7 mln. manat təşkil edib. Müştərilərin sayına gəldikdə isə hesabat dövründə bunların sayı 17% artaraq 7 min nəfərə çatıb.

C.Əliyev bildirib ki, «Qeyri-bank kredit təşkilatları haqqında» qanunun tələblərinə uyğun olaraq yaxın aylarda təşkilat nizamnamə kapitalını 60 dəfə artıraraq 300 min manata çatdıracaq. Kapital artımı təşkilatın bölüşdürülməmiş mənfəəti hesabına artırılacaq.

Qeyd edək ki, bu ilin fevral ayının 8-də qəbul edilmiş «Qeyri-bank kredit təşkilatları haqqında» qanunun müvafiq tələblərinə uyğun olaraq ölkədə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları bir il müddətində təşkilati-hüquqi formasını dəyişdirməli (ASC və ya MMC-yə çevrilməlidir) və nizamnamə kapitalının həcmini artırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR