Bank Of Baku

Azərbaycanda Sığorta Ombudsmanı yaradılacaq

Azərbaycanda Sığorta Ombudsmanı yaradılacaq
# 07 oktyabr 2010 07:52 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, ölkənin sosial-iqtisadi inkişafın ortamüddətli (2011-2014-cü illər) prioritetlərində nəzərdə tutulub. Sığorta Ombudsmanının yaradılması fiziki şəxs olan sığortalıların mənafelərinin məhkəmədənkənar qaydada daha səmərəli qorunması məqsədi daşıyır. Bu sahədə atılacaq digər addım Sığortalıların Təminatı Fondunun təsis edilməsi ilə bağlı olacaq.

Ümumilikdə, ortamüddətli perspektivdə sığorta bazarının inkişafı üçün bəzi tədbirlər, o cümlədən sığorta bazarında agent-broker əməliyyatlarının tətbiqinin və təşviqinin aparılması yolu ilə ölkəyə xarici sığorta vasitəçilərinin cəlb olunması, sığorta mexanizmlərindən istifadə edərək əhalinin əmanətlərinin uzunmüddətli investisiyalara çevrilməsi sisteminin inkişaf etdirilməsi, eləcə də sığorta hadisələri zamanı sənədləşmə prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR