«Nikoil Leasing» şirkətinin mənfəəti son bir ildə 23% azalıb

«Nikoil Leasing» şirkətinin mənfəəti son bir ildə 23% azalıb
# 07 oktyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il oktyabr ayının 1-nə 4,867 mln. təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 17,4% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, son bir il ərzində lizinqə verilən avadanlıqların dəyəri (7,940 mln. manat) və iqtisadiyyata yatırılan investisiyaların həcmi (5,884 mln. manat) dəyişməz qalıb.

Ötən il oktyabr ayının 1-i ilə müqayisədə şirkətin lizinq müqavilələrinin sayı 15% artaraq 11-ə çatıb. Bu müddət ərzində nizamnamə kapitalının həcmi də sabit qalaraq 100 min manat olub.

M.Turabovun sözlərinə görə, hesabat dövründə istehsalat avadanlıqları, tikinti texnikası, nəqliyyat sektoru lizinq portfelinin əsasını təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin əldə etdiyi mənfəətin həcmi 40,122 min manat təşkil edib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 22,8% azdır.

Qeyd edək ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR