Bank Of Baku

Azərbaycanda pul bazası son bir ildə 32% artıb

Azərbaycanda pul bazası son bir ildə 32% artıb
# 07 oktyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu il oktyabr ayının 1-nə 5 504,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin oktyabrın əvvəli ilə müqayisədə bu göstərici 1 334,2 mln. manat və ya 32% artıb.

Cari ilin əvvəlindən pul bazası 643,6 mln. manat və ya 13,2%, sentyabr ayında isə 131,1 mln. manat və ya 2,4% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir. Makroiqtisadi nəzəriyənin əsaslarına uyğun olaraq, pul bazasının artımı bazarda pul təklifinin genişləndiyi göstərir ki, bu da pulun dəyərdən düşməsi və ya faiz dərəcələrinin düşməsi ilə nəticələnməlidir. Bu göstərici adətən illik müqayisədə təhlil olunur ki, həmin müddət ərzində pul bazasının dinamikası, illik inflyasiya səviyyəsi və faiz dərəcələrinin dinamikası müqayisə olunur. Lakin Azərbaycanda bu təhlil pul bazasının əsas makroiqtisadi göstəricilərə təsirinin az olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR