Bank Of Baku

Azərbaycan bankları zəmanətlər üzrə əməliyyatlarını kəskin artırıb

Azərbaycan bankları zəmanətlər üzrə əməliyyatlarını kəskin artırıb
# 07 oktyabr 2010 11:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən verilən zəmanətlər üzrə əməliyyatların həcmi 2010-cu il sentyabr ayının 1-nə 43,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 dəfə çoxdur. Eyni zamanda, cari ilin əvvəlindən zəmanətlər üzrə portfelin həcmi 2,3 dəfə artıb.

Qeyd edək ki, zəmanət əməliyyatları çərçivəsində bank müəyyən məbləğin ödənilməsi barədə zəmanət verir, bu da sənədləşmiş bank öhdəliyi şəklində rəsmiləşdirilir.

Zəmanətlər üzrə portfelin müddətli təhlili onun qeyri-sabit olduğunu göstərir. Belə ki, cari ilin əvvəlində bu göstərici 18,5 mln. manat, ötən ilin sentyabrın 1-də 0,4 mln. manat, ötən ilin əvvəlində sıfır, 2008-ci ilin əvvəlində 17,37 mln. manat, 2007-ci ilin əvvəlində 13,15 mln. manata bərabər olub. Bu qeyri-sabitlik zəmanət əməliyyatlarının əsasən ünvanlı və ya birdəfəlik xarakter daşıması əlaməti kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR