Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti gələn il azalacaq

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti gələn il azalacaq
# 07 oktyabr 2010 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekununda Azərbaycanda cari əməliyyatlar hesabı balansının səviyyəsinin ÜDM-ə nisbətinin 24,1% təşkil edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş «World Economic Outlook» hesabatında bildirilir.

Hesabata əsasən, 2011-ci ildə ölkədə cari əməliyyatlar hesabının balansı ÜDM-ə nisbətən 2010-cu il ilə müqayisədə 1,9 faiz bəndi azalaraq 22,2% təşkil edəcək.

Qeyd edək ki, bu ilin ilk yarısında Azərbaycanda cari əməliyyatlar hesabının balansı 7,961 mlrd. ABŞ dolları həcmində müsbət saldo ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR