Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» filial şəbəkəsini genişləndirmək niyyətindədir

«Azərbaycan Sənaye Bankı» filial şəbəkəsini genişləndirmək niyyətindədir
# 07 oktyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) 2011-ci ildə 3 yeni filial açmaq niyyətindədir. Bunlardan ikisi Bakıda, biri isə regionda açılacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Ahmet Yeman bildirib.

A.Yemanın sözlərinə görə, 2008-ci ildə filial şəbəkəsinin genişləndirilməsi məqsədi ilə bank Lənkəranda və digər bölgələrdə torpaq sahəsi alıb. Lakin dünya maliyyə böhranı ilə bağlı yeni filialların tikintisi prosesi müvəqqəti dayandırılıb. «Növbəti ildə ölkədə iqtisadi durum yaxşı olarsa, sözügedən yerlərdə filialların tikintisinə başlanacaq», - deyə A.Yeman bildirib.

Qeyd edək ki, hazırda bankın ölkə üzrə 8 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, ASB 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 111,002 mln. manat, depozit portfeli 77,524 mln. manat, kredit portfeli 78,574 mln. manat, məcmu kapitalı 25 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,114 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR