Bank Of Baku

Bu ay Azərbaycanda yeni Prosessinq Mərkəzi fəaliyyətə başlayacaq

Bu ay Azərbaycanda yeni Prosessinq Mərkəzi fəaliyyətə başlayacaq
# 07 oktyabr 2010 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC oktyabr ayının sonunda öz Prosessinq Mərkəzini («Royal Bank Prosessinq Mərkəzi») istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamentinin müdiri Gülşən Mustafayeva bildirib.

G.Mustafayevanın sözlərinə görə, mərkəzin istismara hazırlanması ilə prosesi çərçivəsində artıq «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin yeni avadanlıqları quraşdırılıb: «Proqram təminatı alınıb, tətbiq olunub və bütün proseslər bu il oktyabr ayının 20-dək başa çatdırılacaq. Daha sonra Prosessinq Mərkəzi bir müddət test rejimində işləyəcək».

Qeyd edək ki, bank Prosessinq Mərkəzinin yaradılması ilə bağlı işlərə 2009-cu ilin yanvar ayında başlayıb. Bu mərkəz vasitəsi ilə ay ərzində plastik kartlar üzrə 1 mln-dan artıq əməliyyatın aparılması mümkün olacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda «MilliKart», «Azericard», «Kapital Bank Prosessinq Mərkəzi» və «Texkart» Prosessinq Mərkəzləri fəaliyyət göstərir.

Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR