Bank Of Baku

USAID Azərbaycandakı iki bankla saziş imzalayıb

USAID Azərbaycandakı iki bankla saziş imzalayıb
# 07 oktyabr 2010 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» və «AccessBank» bankları mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə, xüsusi ilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrə kreditlərin verilməsi məqsədi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında 3,3 mln. ABŞ dollar həcmində vəsaitin ayrılması üçün 5 il müddətinə üçtərəfli saziş imzalanıb.
«APA-Economics»in məlumatına görə, saziş Azərbaycanın qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasına yönəlib və həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün kreditə çıxışı və kreditin əldə edilməsi prosedurunu sadələşdirir.
Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
«AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Qeyd edək ki, indiyədək USAID tərəfindən Azərbaycana 300 mln. ABŞ dollarından artıq maliyyə yardımı və texniki dəstək göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR