Bank Of Baku

«MBASK» şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib

«MBASK» şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib
# 08 oktyabr 2010 07:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «MBASK» sığorta şirkəti «Lexus IS 350» avtomobilinin sığortaçısına 7 586 manat məbləğində iri sığorta ödənişi həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən «MBASK» şirkəti öz müştərilərinə 2,360 mln. manatdan artıq məbləğdə ödəniş həyata keçirib ki, bunun da 1,607 mln. manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd edək ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində «MBASK» şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, «MBASK» şirkəti korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı özəl müştərilərə VİP xidməti də göstərir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) daxildir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR