Bank Of Baku

ABŞ dövlət büdcəsinin kəsiri 1,3 trln. dollar təşkil edəcək

ABŞ dövlət büdcəsinin kəsiri 1,3 trln. dollar təşkil edəcək
# 08 oktyabr 2010 07:34 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ dövlət büdcəsinin kəsiri sentyabrın 30-da başa çatmış 2009-2010-cu maliyyə ilində təxminən 1,3 trln. dollar təşkil edəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsi açıqlama yayıb.

İdarə 2009-cu ilin rekord göstəricisi ilə müqayisədə büdcə kəsirinin 125 mlrd. dollar azaldığını bəyan edib. Ötən il bu göstərici 1,42 trln. dollar təşkil edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən ay açıqlama yayaraq, avqustda büdcə kəsirinin 90,53 mlrd. dollar olduğunu bəyan edib. 11 ayın yekunlarına görə isə bu göstərici 1,260 trln. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR