Bank Of Baku

Azərbaycanda bank depozitləri üzrə faiz dərəcələri düşüb

Azərbaycanda bank depozitləri üzrə faiz dərəcələri düşüb
# 08 oktyabr 2010 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən cəlb edilən depozitlər üzrə orta faiz dərəcləri 2010-cu il sentyabr ayının 1-nə manatla illik 10,99%, xarici valyutada isə 10,57% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstəricilər müvafiq olaraq 0,73 və 0,14 faiz bəndi azalıb.

Qeyd edək ki, həmin müddət ərzində fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələri manatla 0,89 faiz bəndi azalaraq 12,09%-ə, valyutada isə 0,17 faiz bəndi azalaraq 12,11%-ə düşüb. Eyni zamanda, hüquqi şəxslərin depozitləri üzrə faiz dərəcələri manatla 0,51 faiz bəndi azalaraq 6,14%-ə, xarici valyutada isə 0,32 faiz bəndi azalaraq 5,66%-ə enib.

Bank depozitləri sahəsində faiz dərəcələrinin enməsi maliyyə bazarında və iqtisadiyyatda ümumi tendensiyalara uyğundur. Belə ki, iqtisadiyyatda əvvəlki illərlə müqayisədə aşağı inflyasiya, valyuta məzənnələrinin sabitliyi müşahidə olunur (əsasən ABŞ dolları üzrə), uçot dərəcəsi tarixi minumu səviyyəsindədir, maliyyə bazarında isə dövlət qiymətli kağızları üzrə faiz dərəcələri 1-3% arasında dəyişir ki, bu da əvvəlki illərlə müqayisədə dəfələrlə azdır. Bütün bu amilləri fonunda bank depozitləri üzrə faiz dərəcələrinin enməsi təbii və izaholunandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR