Bank Of Baku

«CredAgro» qeyri-bank kredit təşkilatı QSC-yə dəyişib

«CredAgro» qeyri-bank kredit təşkilatı QSC-yə dəyişib
# 08 oktyabr 2010 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatı MMC-nin təsisçisi olan ABŞ-ın ACDI/VOCA təşkilatının müvafiq qərarına əsasən, təşkilat hüquqi formasını dəyişərək «KredAqro Bank Olmayan Kredit Təşkilatı» QSC-yə çevrilib.

«KredAqro» təşkilatından «APA-Economics»ə verilən məlumata görə, yeni yaradılmış QSC-nin nizamnaməsi artıq təsdiq olunub, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınıb və bu barədə müvafiq şəhadətnamə əldə olunub.

Təsdiq olunmuş nizamnaməyə əsasən, «KredAqro» QSC, «CredAgro» qeyri-bank kredit təşkilatı MMC-nin hüquqi varisi olaraq onun bütün hüquq və vəzifələrini üzərinə götürüb.

Qeyd edək ki, «Bank olmayan kredit təşkilatları haqqında» qanunun tələblərinə uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları təşkilatı hüquqi formasını yenidən təsdiq etməlidir. Qanuna görə, qeyri-bank kredit təşkilatları kommersiya və ya qeyri-kommersiya (humanitar fəaliyyət) fəaliyyəti ilə məşğul olmalıdır. Bu tələblərdən asılı olaraq təşkilat statusunu ASC, QSC və ya MMC-yə dəyişə bilər.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «KredAqro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 30,335 mln. manat, müştərilərin sayı isə 21 242 nəfər təşkil edib. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var. «KredAqro» təşkilatı kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR