Bank Of Baku

«Qafqaz Lizinq» ASC imtiyazlı səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Qafqaz Lizinq» ASC imtiyazlı səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 08 oktyabr 2010 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Qafqaz Lizinq» ASC-nin imtiyazlı sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılır.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 92 ədəd, emissiyanın ümumi həcmi isə 92 min. manat təşkil edir.

Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «BoB Broker» MMC çıxış edir. Qiymətli kağızların yerləşdirilməsi uğurla başa çatağağı təqdirdə «Qafqaz Lizinq»in nizamnamə kapitalı 6,1% artaraq 1,592 mln. manata çatacaq.

Qeyd edək ki, «Qafqaz Lizinq» 2007-ci il oktyabr ayından fəaliyyət göstərir. Bu ilin sentyabr ayında şirkətin hüquqi-təşkilatı forması dəyişdirilərək MMC-dən ASC-yə çevrilib. MMC olarkən «Qafqaz Lizinq»in nizamnamə kapitalı 1,05 mln. manat olub, hazırda isə şirkətin nizamnamə kapitalı 1,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR