Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» kredit və depozitlər üzrə faiz dərəcələrini azaldacaq

«Azərbaycan Sənaye Bankı» kredit və depozitlər üzrə faiz dərəcələrini azaldacaq
# 08 oktyabr 2010 11:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ASC 2010-cu ilin sonuna kimi kreditlər üzrə faiz dərəcələrini azaldaraq ortalama 20%-ə, depozitlər üzrə illik faiz dərəcələrini isə təxminən 2 faiz bəndi azaldaraq orta hesabla 10%-ə çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında ASB-nin İdarə Heyətinin sədr müavini Həsən Bədəlov bildirib.

H.Bədəlovun sözlərinə görə, Azərbaycanda inflyasiya səviyyəsi aşağı olduğu üçün kredit və depozitlər üzrə də faizlərdə azalma olmalıdır. Bu baxımdan da cari ilin sonuna kimi ASB tərəfindən kreditlər və depozitlər üzrə mövcud faiz dərəcələrinə yenidən baxılacaq. «Hazırda bankda kredit məhsulları üzrə müəyyən çeşidləmə mövcuddur. Belə ki, hər sektor üzrə müvafiq kredit faizləri tətbiq olunur. Bəzi sahələrdə faiz dərəcəsi 24%, bəzilərində isə 20%-dir. Hesab edir ki, kreditlər üzrə orta faiz dərəcəsi 20% ətrafında olmalıdır».

Xatırladaq ki, ASB 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 111,9 mln. manat, depozit portfeli 79,7 mln. manat, kredit portfeli 74 mln. manat, məcmu kapitalı 26 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,1 mln. manat təşkil edib. Bankın ölkə üzrə 8 filialı, 23 bankomatı və 249 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR