İqtisadi Tədqiqatlar Mərkəzi: Sentyabrda Azərbaycanda inflyasiya 1,7% olub
Tədbirdə İTM-in İdarə Heyətinin sədr müavini Rasim Hüseynov bu ilin 9 ayında ən yüksək inflyasiyanın sentyabrda qeydə alındığını bildirib. Belə ki, aparılmış statistik müşahidələrin nəticəsi göstərib ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,68% artıb. Bu zaman Bakıda qiymətlər 2,13%, regionlarda isə 1,25% artıb. Ümumilikdə isə, yanvar-sentyabr aylarında ölkədə 4,96% inflyasiya müşahidə olunub. Ötən ilin sentyabrına nisbətən ölkədə istehlak qiymətləri indeksi 7,55% artıb.
Sentyabrda ərzaq məhsulları üzrə ən yüksək bahalaşma yer pomidoru (32,19%), qarabaşaq yarması (24,68%), yer xiyarı (29,32%), bulka (5,91%), xidmətlər üzrə institutlarda (seminariyalarda) təhsil haqqı (10,40%), ən çox ucuzlaşma isə ərzaq məhsullarından nar (11,07%), qeyri-ərzaq məhsullarından kişi üçün cins şalvarlar (3,11%), minik avtomobilləri üçün ehtiyat hissələri və avadanlıqlar(9,34%), maykalar, futbolkalar (3-6 yaşlı uşaqlar üçün) (4,90%), xidmətlərdən isə hava sərnişindaşıma nəqliyyatı (4,17%) üzrə qeydə alınıb.
R.Hüseynovun sözlərinə görə, bahalaşma tendensiyası davamlı olacaq: «İnflyasiyanın səviyyəsindəki artımın iki mühüm səbəbini qeyd etmək olar. Birincisi, daxili bazarda idxal mallarının çəkisinin sürətlə artmasıdır. Hesablamalara görə, Azərbaycanın istehlak bazarı 50%-dən yuxarı idxal hesabına formalaşır. Qlobal iqlim dəyişiklikləri əksər regionlarda kənd təsərrüfatı məhsulları istehsalını aşağı salıb. Bu isə dünyada qiymətlərin bahalaşmasına səbəb olur. İnflyasiyanı şərtləndirən digər amil iqlim kataklizmlərinin daxildə kənd təsərrüfatı istehsalına mənfi təsiridir. Məhsuldarlığın və ümumilikdə istehsalın aşağı düşməsi ərzaq məhsullarının qiymətində ciddi artımlara gətirib çıxarır».
R.Hüseynov hesab edir ki, İTM-in illik inflyasiya səviyyəsi ilə bağlı verdiyi proqnoz özünü doğruldacaq: «İlin yekununda təxminən 8-9%-lik inflyasiya olacağını gözləyirik».
Bundan başqa, İTM ekspertləri sentyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 141,07 manat, pensiyaçılar üçün 130,07 manat, 0-14 yaşlı uşaqlar üçünsə 160,04 manat təşkil edib. Sentyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 80,52 manat, pensiyaçılar 76,03 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 92,84 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 34,89 manat, pensiyaçılar üçün 31,21 manat, 0-14 yaşlı uşaqlar üçün 49,74 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
İsveçrəlilər əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü rədd ediblər - YENİLƏNİB
İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır - VİDEO
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır
Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
Daşkəsəndə sel suları yol çökməsinə səbəb olub - FOTOLENT
DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb