Bank Of Baku

«Günay Sığorta» şirkətinin daxilolmaları son bir ildə 57% azalıb

«Günay Sığorta» şirkətinin daxilolmaları son bir ildə 57% azalıb
# 08 oktyabr 2010 13:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin bu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 576,361 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 57% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 19,4% azalaraq 119,085 min manat təşkil edib.

Daxilolmaların strukturunda ən yüksək paya «Əmlakın yanğından sığortası» (356,631 min manat və ya 62%) və «KASKO sığortası» (147,109 min manat və ya 26%) növləri malikdir.

Ödənişlərə gəldikdə isə, «Əmlakın yanğından sığortası» (77,912 min manat və ya 65%) və «KASKO sığortası» (22,895 min manat və ya 19,2%) liderlik edir.

Qeyd edək ki, şirkət bu ilin yanvar-sentyabr aylarını 23,560 min manat zərərlə başa vurub. Ötən ilin 9 ayında isə şirkətin mənfəəti 138,257 min manat olub.

«Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalına edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.
Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR