Bank Of Baku

Təmirlə əlaqədar «Bank Standard»ın mərkəzi ofisinin girişinə yol müvəqqəti bağlanıb

Təmirlə əlaqədar «Bank Standard»ın mərkəzi ofisinin girişinə yol müvəqqəti bağlanıb
# 08 oktyabr 2010 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC müştərilərin nəzərinə çatdırır ki, paytaxtın Azərbaycan prospektində yol örtüyünün təmiri ilə əlaqədar nəqliyyat vasitələri üçün «Bank Standard»ın mərkəzi ofisinin girişinə yol müvəqqəti bağlanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, məhdudiyyət bir neçə gün davam edəcək, lakin bununla bağlı «Bank Standard»ın mərkəzi ofisinin iş rejimi dəyişməyib.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR